Niderlandlı Harri Lavreysen Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında trek velosipedinin sprint növü üzrə yarışda yeni dünya rekordu qırıb.
Bakıvaxtı.az xəbər verir ki, idmançı buna təsnifat mərhələsində 9,088 saniyə nəticə göstərərək nail olub.
Avstraliyalı Metyu Riçardson (9,091 saniyə) ikinci, əslən rusiyalı olan İsrail təmsilçisi Mixail Yakovlev isə üçüncü (9,152 saniyə) yerlə kifayətlənib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.