AZ

Bakıda 43 yaşlı kişi bir neçə nəfər tərəfindən döyülərək ağır xəsarət alıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakının Yasamal rayonunda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.
"Report"un məlumatına görə, 1981-ci il təvəllüdlü Ramin Sahib oğlu Həsənov bir neçə nəfərin hücumuna məruz qalıb.
Xəsarət alan R.Həsənov təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı və üz-baş nahiyələrin dərialtı hematoması diaqnozları qoyulub. Yaralı ifadəsində bildirib ki, onu tanımadığı bir neçə nəfər şəxs küçədə döyüb.
Hadisənin təfərrüatı araşdırılır.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
50
oxu.az

10Mənbələr