AZ

Qəzzada ölənlərin sayı 40 minə çatıb

İsrail ordusunun 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına həyata keçirdiyi hücumlarda ölənlərin sayı 32 nəfər artaraq 39 min 929-a çatıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin Qəzza zolağına 312 gündür hücumları ilə bağlı məlumat verilib.

Açıqlamada İsrail ordusunun son 24 saatda Qəzzanın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlarda 2 qırğın törətdiyi və bu hücumlarda daha 32 fələstinlinin həyatını itirdiyi, 88 fələstinlinin isə yaralandığı bildirilib. İsrailin oktyabrın 7-dən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 39 min 929-a, yaralıların sayının isə 92 min 240-a yüksəldiyi qeyd edilib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qrupları və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi vurğulanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
1
sia.az

10Mənbələr