AZ

Neftçalada qeyri-adi hadisə: Azyaşlını naməlum varlıqlar izləyir?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Neftçalanın Qırmızıkənd kəndində yaşayan Məmmədovlar ailəsi qəribə hadisə ilə üzləşib.
İddiaya görə, gecə saatlarında evə daş atılır və hər kəs qorxu içindədir.
"Bakıda idim. Evə gələndə belə bir hadisə yaşandığını dedilər. Övladımla zirzəmiyə girəndə gördüm ki, daş yuxarıya dəyib düşdü. Gecə saat 4-də də səs gəlir", - deyə evin sahibi Rahil Məmmədov bildirib.
Dörd nəfərdən ibarət ailə yaşayış yerini dəyişdikdən sonra müşahidə edib ki, bu hal yalnız onların 11 yaşlı qızı Gülər Məmmədovanın olduğu yerlərdə baş verir.
Məsələ ilə bağlı artıq hüquq-mühafizə orqanlarına müraciət edilib. Daxili İşlər Nazirliyinin Şirvan regional qrupundan bildirilib ki, qeyd edilən məsələ ilə bağlı rayon polis şöbəsinə məlumat daxil olub və araşdırma aparılır.
Daha ətraflı Baku TV-nin materialında:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
136
50
oxu.az

10Mənbələr