AZ

"Aygün Kazımova ilə münasibətim heç vaxt olmayacaq"

"Mən hal-hazırda Nyu-York ştatının Bruklin şəhərində yaşayıram. Onu deyə bilərəm ki, Vətənim Azərbaycan üçün və Doğma Bakım üçün çox darıxıram. Öz Millətimi çox sevirəm. Ən adi insanları belə görmək istəyirəm".

Milli.Az bildirir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni, Amerikada yaşayan və fəliyyət göstərən Elariz Məmmədoğlu deyib.
 
O daha sonra əlavə edib: 
 
"Yerli şou- biznesi artıq izləmirəm, çünki bir-iki dəfə televiziyalarımıza baxdım və əsəbiləşdim. Efirdə səslənən bəzi mahnılardan xoşum gəlmir. Çünki, kommersiya mahnıları oxuyub toylara getmək lazımdır, amma sənətə xidmət edən əsərləri də oxumaq gərəkdir, sənət mahnıları hit olmasa belə. Sənət cılızlaşıb. Hər şey doğru təbliğatdan asılıdır. Professional bəstəkarların yazdığı harmonik və melodik mahnıları tv və radio dalğalarında təbliğ etsələr, hər şey düzələr. Məktəb və universtitet illəri, əsgərlik illəri, incəsənət insanları ilə keçirdiyim illəri xatırlayıram və o illər üçün darıxıram. İncəsənətdən hər adam danışa bilməz. İncəsənət adamı olmaq üçün ən azından Mədəniyyət və İncəsənət universtitetini bitirmək lazımdır".
 
Elariz Məmmədoğlundan xalq artisti Aygün Kazımova ilə hazırkı münasibətlərini də xəbər aldıq: 
 
"Mənim onunla heç bir münasibətim yoxdur və yəqin ki, heç vaxt da olmayacaq. Amma İncəsənət aləminin 99%-i mənim dostumdur. Demək olar ki, hər kəslə münasibətim əladır. Kim nə edirsə, özünə edir. Hər kəsə söz atmaq və alçaltmaq mənim işim deyil, çünki bu illər ərzində yaltaq olmamışam. Mənə söz atan adamı isə yerində oturtmağı bacarmışam. Bu, videodan da bəllidir. Mən heç kimdən inciməmişəm, əslində məndən inciməlidirlər. Hər vaxt dostlarımı göylərə qaldırmışam ki, özüm də zirvədə olum. Haqlı olaraq mənə "Elit Toylar Müğənnisi'' adı vermişdilər".
 
Elariz Məmmədoğlu bildirib ki, Azərbaycanda olduğu müddətdə saysız-hesabsız toylara dəvət alıb:
 
"Bu gün "Sənin yerin görünür'' ifadəsini çox eşidirəm. Çox sağ olsunlar ki, məni hər vaxt yaddaşlarında qoruyub saxlayırlar. Mənim üslubum məni toylar sahəsində yüksəyə çatdırmışdı, hər ay 27-28 toya dəvət almaq hər müğənninin işi deyil. Deyəsən, burada özümü təriflədim (gülür). Amma deyim ki, bizim mənəvi müəllimimiz Arzu Rzayev Bakıda fəaliyyətdədir. Eyyub Yaqubovun mahnıları hər yerdə səslənir. Ceyhun Bakinski meydandadır. Gənclərdən Sabir Əhmədov xoşuma gəlir. İlqar Sail mənim mahnılarımı əla oxuyur. Yəni, Bakıda həyat davam edir".
 
Sənətçi bildirib ki, fəxri ad almağı ilə bağlı heç yerə müraciət etməyib:
 
"Fəxri adları mənə vaxtında vermək lazım idi, çünki, mən demək olar ki, bütün dövlət tədbirlərində iştirak etmişəm və mən fəxri adlara layiq idim. Amma gəlin indi baxaq, bu gün fəxri ad alanlar görün kimlərdir?! Yəqin ki, mənə hörmət edib, məni o sırada görmək istəməzsiz. Mən fəxri ad üçün müraciət etməmişəm, etmərəm də. Bu mənim xasiyyətimə uyğun deyil. Amma mənim rəhmətlik anam, məndən xəbərsiz məktub yazmışdı. Sonra mənə dedilər. Əlaqədar təşkilatlar özləri mənə müraciət etməli idilər".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
142
36
milli.az

10Mənbələr