AZ

Avropa Çempionatı: Boksçularımızın rəqibləri bəlli oldu

Monteneqronun Budva şəhərində 22 yaşadək boksçular arasında keçiriləcək Avropa çempionatının püşkü atılıb.

 

Sfera.az Boks Federasiyasına istinadla xəbər verir ki, 8 gün davam edəcək yarışda Azərbaycan milli komandasının idmançılarının da ilk rəqibləri bəlli olub.

 

Çempionatın ilk günündə Əzrək Bəbirov (57 kq) və Cəlal Qurbanov (63,5 kq) rinqə çıxacaqlar.

 

Avropa çempionatı

 

12 noyabr

 

1/16 final

 

Cəlal Qurbanov (63,5 kq) – Bartlomey Roskovij (Polşa)

 

1/8 final

 

Əzrək Bəbirov (57 kq) – Ariol Zeneli (Albaniya)

 

13 noyabr

 

1/16 final

 

Maqsud Xasmetov (60 kq) – Berat Çivelek (Türkiyə)

 

1/8 final

 

Nicat Hüseynov (51 kq) – Françesko Messineo (Almaniya)

 

Ruslan Qədirov (54 kq) – Tommaso Skiacca (İtaliya)

 

Seyid Seyidov (86 kq) – Yakub Strajevski (Polşa)

 

Mirxəyal Məmmədov (92 kq) – Mateuş Berezniçki (Polşa)

 

Aslan Mövsümova (+92 kq) – Nikita Putilov (Almaniya)

 

Zeynəb Rəhimova (54 kq) – Viktoriya Roqalinska (Polşa)

 

14 noyabr

 

1/8 final

 

İlqar Salahov (67 kq) – Fatih Kaya (Türkiyə)

 

Rəşid Həsənov (71 kq) – Dariuş Znamyeç (Polşa)/Corc Smoloviç (Monteneqro)

 

Daniel Xolostenko (75 kq) – Malek Semmo (Almaniya)

 

Murad Allahverdiyev (80 kq) – Kromvell Kommeyalfred (İtaliya)

 

15 noyabr

 

1/4 final

 

Mehparə Məmmədova (48 kq) – Rahibə İsmayılova (Gürcüstan)

 

Marjona Savriyeva (50 kq) – İrina Vinaradava (Belarus)

 

16 noyabr

 

1/4 final

 

Tural Sarıyev (48 kq) – Padraiq Dovney (İrlandiya)

 

Qeyd edək ki, yarışın final döyüşləri noyabrın 19-da olacaq. Çempionatda 33 komandanın 299 (202 kişi, 97 qadın) boksçusu mübarizə aparacaq.

Seçilən
308
29
Mənbələr
Şərh ()
Bağla