AZ

Bakıda məşhur restoran sahibi cərimə edilir

Bakıda məşhur “Mushlya Baku” restoranın sahibi Xudiyev Etibar Turman oğlu külli miqdarda cərimələnə bilər.
Qaynarinfo-nun məlumatına görə, sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək qanunvericiliyinin pozulması) maddəsi ilə protokol tərtib edilib.
İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.
Etibar Xudiyev barəsində protokolu Naxçivan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yaninda Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib olunub.
İşə Gəncə Şəhər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə baxılacaq
Seçilən
48
2
tribunainfo.az

3Mənbələr