Düşmən (Azərbaycan nəzərdə tutulur – red.) artıq Kirantsda və qonşu kəndlərdə məskunlaşıb.
Publika.az Axar.az-a istinadən xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan jurnalistlərlə söhbətində deyib.
“Ermənistan-Gürcüstan dövlətlərarası yolu hər an Azərbaycanın nəzarətinə keçə bilər”, - o bildirib
Danielyan delimitasiya və demarkasiya nəticəsində Azərbaycana təhvil verilən ərazidəki ev və torpaqlara görə ödənilən kompensasiyanın mənbəyini açıqlamaqdan hökumətin imtina etdiyini də xatırladıb. O qeyd edib ki, hökumət bunu “məxfi məlumat” adlandırıb.