AZ

Əhalinin ərzaq xərcləri 6 milyard manat artıb - 5 ilin göstəriciləri

Cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 17,8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,5 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

Valyuta.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,9 faiz, qeyri-ərzaq malları üzrə 5,3 faiz artıb.

Hesabat dövründə əhali yalnız ərzaq məhsullarına 16 milyard 327,2 milyon manat pul xərcləyib.

Ötən ilin eyni dövründə bu rəqəm 16 milyard 156,4 milyon manat olub.

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycan əhalisi ərzağa 13 milyard 735 milyon manat xərcləyib.

2021-ci ilin müvafiq dövründə bu məbləğ 11 milyard 176,2 milyon manat təşkil edib.

202-ci ilin yanvar-iyul aylarında əhalinin ərzaq xərcləri 10 milyard 390,3 milyon manat idi.

Hesablamalardan məlum olur ki, son beş ildə əhalinin ərzaq xərcləri 5 milyard 936,9 milyon manat artıb.

Əvəz Həsənov

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
40
valyuta.az

10Mənbələr