AZ

İtaliya A Seriyası: "İnter" qələbəni son anda əldən verdi

İtaliya A Seriyasında ilk turun oyunları keçirilir.

"Cebheinfo.az"  xəbər verir ki, son çempion "İnter" səfərdə "Cenoa" ilə qarşılaşıb.

Oyunda hesabı ev sahibləri açsalar da, "İnter"in cavab qolu on dəqiqə sonra gəlib. 30-cu dəqiqədə Türam hesabı bərabərləşdirib və 82-ci dəqiqədə dubla imza ataraq fərqi artırıb. Lakin "Cenoa" sonadək mübarizə apararaq 90+5-ci dəqiqədə məğlubiyyətdən yaxa qurtarıb - 2:2.

Matç həmçinin "İnter"in çalışdırıcısı Simone İnzaginin sarı vərəqə alması ilə yadda qalıb.

"Cebheinfo.az"

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
100
1
cebheinfo.az

10Mənbələr