AZ

Minlərlə britaniyalı COVID peyvəndlərinin mənfi təsirlərinə görə təzminat tələb edib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Təxminən 14 min britaniyalı COVID-19 peyvəndlərinin sağlamlıqlarına vurduğu zərərə görə hökumətə təzminat üçün müraciət edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti jurnalistinin sorğusuna cavab olaraq təqdim edilən rəsmi məlumatda deyilir.
Məlumata görə, insult və infarkt keçirmiş, təhlükəli qan laxtalanması, onurğa beyninin iltihabı, əzaların həddindən artıq şişməsi və üz iflicindən əziyyət çəkən insanlara hökumət artıq müəyyən ödənişlər edib.
Şikayətlərin təxminən 97%-i Britaniyanın "AstraZeneca" əczaçılıq şirkəti tərəfindən istehsal olunan vaksinlə peyvənd edilmiş şəxslərdən gəlib. Qalan şikayətlər isə ABŞ-nin "Pfizer" və ya "Moderna" şirkətlərinin istehsal etdiyi peyvəndləri alanlardan olub.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
94
13
oxu.az

10Mənbələr