AZ

Bakı-Qazax yolunda avtomobil kanala düşüb: Xəsarət alan var

Bakı-Qazax yolunda avtomobil kanala düşüb, xəsarət alan var.

"Report" xəbər verir ki, hadisə yolun Kürdəmir rayonunun Sığırlı kəndindən keçən hissəsində baş verib.

"Hyundai" markalı minik avtomobilin sürücüsü Gəncə istiqamətində hərəkət edərkən qəfil idarəetməni itirib. Nəticədə avtomobil bir neçə dəfə fırlanaraq yol kənarındakı kanala düşüb.

Qəza nəticəsində avtomobildə olan sərnişin, Bakı sakini 2006-cı il təvəllüdlü Əli Coşqun oğlu Qənbərli müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
113
49
seher.media

10Mənbələr