AZ

Venesuela Karib dənizinin şərqində hərbi təlimlərə başladı

KONKRET.az “Amerikanın Səsi”nə istinadən xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ölkə silahlı qüvvələrinə Karib dənizinin şərqində təlimlər keçirməyi əmr edib.

Sərəncam Britaniyanın iki qonşu Cənubi Amerika ölkəsi arasında sərhəd mübahisəsi fonunda Qayananın ərazi sularına hərbi gəmi göndərəcəyini elan etməsindən sonra verilib. Maduro bildirib ki, 6000 Venesuela əsgəri, o cümlədən hava qüvvələri və donanma ölkənin şərq sahillərində, Qayana ilə sərhəd yaxınlığında birgə əməliyyatlar keçirəcək. O, Britaniyanın “HMS Trent” gəmisinin Qayana sahillərinə yaxınlaşmasını ölkəsi üçün təhlükə adlandırıb. Venesuela və Qayana sahillərində böyük neft yataqları var. İki ölkənin mübahisəli ərazisi hesab edilən Guyana-Essequibo bölgəsində yaranan gərginlik məhz həmin neft yataqlarına görədir.

Vəli Həsənov,

KONKRET.az

phrase_var_article.chosen
56
konkret.az

1phrase_var_article.sources