AZ

Dövlət Departamenti Azərbaycana qarşı növbəti dəfə qərəzli mövqe tutub

Dövlət

ABŞ Dövlət Departamenti dünya ölkələrində dini azadlıqların vəziyyəti ilə bağlı illik hesabatını açıqlayıb.

Müəllifi erməni olan hesabatın Azərbaycana aid hissəsi əsassız, reallıqla heç bir əlaqəsi olmayan və qərəzli iddialardan ibarətdir.

Dünyada dini və milli tolerantlıq nümunəsi kimi tanınan Azərbaycana qarşı belə qondarma iddialarla çıxış etməyə ABŞ-ın nə siyasi, nə də mənəvi haqqı çatır.

Bütün dünyada çoxsaylı müharibələr və qarşıdurmaları alovlandıran, milyonlarla insanın ölümünə, qaçqın düşməsinə, səfalət içində yaşamasının səbəbkarı ABŞ-dır.

Məhz bu ölkədə dini və irqi ayrı-seçkilik həm tarixi, həm də cari reallıq kontekstində ən çox tənqidə məruz qalır.

Hesabatın qeyri-obyektivliyinə dəlalət edən faktorlar kifayət qədərdir. Ən əsası, hesabatın ermənilır tərəfindən tərtib olunması açıq-aşkar görünür.

Hesabatın Azərbayacana aid hissəsi dövlət komissiyasının rəhbəri Daniela Aşbaxyan olan ictimai xidmət tərəfindən hazırlanıb. Bu xanım Amerika Erməni Assambleyasının rəhbər vəzifəli şəxslərindən biri olub. O, Livanın Los-Ancelesdəki konsulluğunda da işləyib.

“Foreign influence laws”-ın qənaətincə, başqa ölkəyə çalışan bir şəxsin ABŞ Dövlət Departamentindəişləyərək bu dövlətin xarici siyasətinin müəyyənləşməsində iştirakı qeyri-qanunidir.

Çox maraqlıdır ki, hesabatda Azərbayacana qarşı belə kəskin mövqe 2023-cü ildə Qarabağda antiterror tədbirləri nəticəsində yaranmış vəziyyətə əsaslanır. Bu zaman həmin ərazilərin 30 il işğal altında saxlanması və yüz minlərlə azərbaycanlının öz doğma torpağından qovulması, 60-dan artıq məscidin, dini-mədəni obyektlərin darmadağın edilməsi nəzərə alınmır.

Hesabatın xarakteri göstərir ki, bu dırnağarası sənəd dini ayrı-seçkiliyə qarşı mübarizə məqsədilə deyil, bu ayrı-seçkiliyi daha da möhkəmlətmək və dünya ictimaiyyətinin gözündə qanuniləşdirmək məqsədi daşıyır.

Üstəlik, bu hesabata dinlə heç bir əlaqəsi olmayan Qubad İbadoğlu, “Abzas media” və s. bu kimi işlərin də daxil edilməsi onun konkret siyasi məqsədə xidmət etdiyini göstərir.

Dövlət Departamenti bu hesabatla növbəti dəfə öz qərəzini, ədalətsizliyini bütün dünyaya nümayiş etdirdi. Ən əsası, nə Azərbaycan hakimiyyəti, nə də Azərbaycan xalqı bu tipli cızmaqaraları ciddi hesab etmir. Azərbaycan dövlətinin bundan sonrakı dövrdə də öz dəst-xəttini milli maraqlara uyğun davam etdirəcəyinə heç bir şübhə yoxdur.
phrase_var_article.chosen
108
reyting.az

1phrase_var_article.sources