Azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin çıxış etdiyi "Boluspor" Türkiyə Kubokunda mübarizəni dayandırıb.
“İki sahil” xəbər verir ki, bölgə təmsilçisi 1/16 finalda "Başakşehir"in qonağı olub.
Qarşılaşma İstanbul klubunun qələbəsi ilə bitib - 1:0.
İsgəndərli bu görüşün iştirak ərizəsinə daxil edilməyib. O, "Adanaspor"la heç-heçə (1:1) etdikləri 1-ci liqanın XVIII turunun matçında "Boluspor"da debüt etmişdi.