AZ

Gündəlik istifadə etdiyimiz məhsulla bağlı ŞOK XƏBƏRDARLIQ

 

Türkiyənin məşhur diyetoloqu Cemre Balkan gündəlik həyatımızda yeməklərdə çox istifadə etdiyimiz acı bibərin faydalarından bəhs edib. 

Musavat.com xəbər verir ki, həkimin sözlərinə görə, acı bibər tərkibindəki vitamin və minerallarla orqanizmi xəstəliklərə qarşı qoruyur. Tərkibindəki kapsaisin komponenti bibərə acı dad verir və ağrıları aradan qaldırmaqda təsirlidir, tərkibi C, E vitamini və A provitamini, həmçinin kalium, fosfor, dəmir, sink və selen ilə zəngindir.

Həkim xəbərdarlıq edib ki, həddindən artıq bibər istehlakı mənfi nəticələrə səbəb ola bilər:

"Bir çox qidada olduğu kimi acı bibərin də həddindən artıq istehlakının zərərləri var. Hemoroid, xora, qastrit və digər mədə problemləri olan və ya mədə əməliyyatı keçirmiş şəxslər üçün istehlak təhlükəli ola bilər. Eyni zamanda, həddindən artıq istehlak asılılığa səbəb ola bilər. Acı bibərin həddindən artıq istehlakının istəksizlik və halsızlıq kimi əlamətlərə səbəb olduğu qənaətinə də gəlinib. Unudulmamalıdır ki, acı bibər əsaslı qida əlavəsi və ya kremdən istifadə edəcəyiniz zaman mütləq həkimə və ya diyetoloqa müraciət etmək lazımdır".

Musavat.com

Seçilən
141
50
musavat.com

10Mənbələr