Azərbaycan Ermənistandan 4 kəndin təhvil verilməsini tələb edir.
Teleqraf.com xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan deyib.
Siyasətçi Prezident İlham Əliyevin məsələ ilə bağlı açıqlamasını xatırladıb:
“Azərbaycanın 4 kəndinin təhvil verilməsi tələbi Bakı-İrəvan danışıqlar prosesində yeni məsələ deyil. Əliyev bir neçə ay əvvəl bu barədə açıq mətnlə danışarkən, anklav olmayan 4 kəndin qeyd-şərtsiz təhvil verilməli, 4 anklavla bağlı əlavə müzakirənin aparılmalı olduğunu bildirib”.
Söhbət Qazaxın Yuxarı Əskipara, Aşağı Əskipara, Qızıl Hacılı, Bağanıs Ayrım, Xeyrimli, Sofulu, Barxudarlı, eləcə də Naxçıvanın Kərki kəndlərindən gedir.
Müəllif: Mənsur Rəğbətoğlu