"Bavariya" Almaniya Bundesliqasında 26-cı tur oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Münhen klubu səfərdə "Darmştadt"la qarşılaşıb. Matç qonaq komandanın 5:2 hesablı qələbəsi ilə başa çatıb.
"Darmştadt" - "Bavariya" - 2:5
Qollar: Skarke, 28 (1:0), Musiala, 36 (1:1), Keyn, 45+1 (1:2), Musiala, 64 (1:3), Qnabri, 74 (1:4), Tel, 90+3 (1:5), Vilhelmsson, 90+5 (2:5)
Bu qələbə ilə xalını 60-a (26 oyun) çatdıran "Bavariya" turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. 25 oyundan 67 xalı olan "Bayer" liderdir. "Ştutqart" 53 xalla (25 oyun) 3-cüdür.