® “Zolotaya Korona” sistemi artıq “BirBank”da

Ölkənin ən məşhur mobil tətbiqi olan “BirBank” daha bir yeniliklə xidmət çeşidini genişləndirib. Belə ki, artıq “Zolotaya Korona” sürətli pul köçürməsi ilə gələn vəsaiti banka getmədən, “BirBank” üzərindən “Kapital Bank”ın ödəniş kartları ilə əldə etmək olar. Köçürmə haqqında məlumatları tətbiqə daxil etməklə həmin vəsaiti ödəniş kartına köçürüb, həm nağd, həm də nağdsız şəkildə istifadə etmək mümkündür.

Qeyd edək ki, “BirBank” tətbiqinin istifadəçiləri POS-terminal, internet və “BirBank” vasitəsilə ödənişlər edərək “Ürəklər” qismində olan bonuslar qazana bilərlər. Sonra həmin bonusları toplayıb, müxtəlif hədiyyələrə dəyişmək mümkündür. “BirBank” vasitəsilə “Kapital Bank”a aid olan kartlarla yanaşı, digər istənilən bankların kartları ilə də ödənişlər edib, bu proqrama qoşularaq hədiyyələr qazanmaq mümkündür. Bonusların hesablanması qaydası ilə saytdan tanış ola bilərsiniz – www.kapitalbank.az/tariffs.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” tətbiqinin 2 milyondan çox istifadəçisi var. “iOS” və “Android” əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri var: rahat qeydiyyat, tətbiqə istənilən bankların ödəniş kartlarını əlavə etmək imkanı, əməliyyatlara və hesaba bağlı bonusların idarə edilməsi və sair.

Ətraflı məlumat üçün “www.birbank.az” və ya 196 Məlumat mərkəzinə müraciət edə bilərsiniz.

0
5104
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar