• Şikayət et

SON DƏQİQƏ: Azərbaycanda şagird BIÇAQLANDI - Xəstəxanadadır...

SON DƏQİQƏ: Azərbaycanda şagird BIÇAQLANDI - Xəstəxanadadır...

Azərbaycanda məktəbli bıçaqlanıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru polis baş leytenantı Mahir Məsimov deyib.

O bildirib ki, İsmayıllı rayonunun Xanagah kənd sakini, 2003-cü il təvəllüdlü Hafiz Nəbiyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, 2007-ci il təvəllüdlü Nihat Fətəliyevə 4 bıçaq zərbəsi endirib.

Daha sonra yaralı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

H.Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, N.Fətəliyev Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdidir.

0
314
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar