“Mədəniyyət” telekanalına yeni rəhbər təyin olunub

“Mədəniyyət”
"Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin “Mədəniyyət” kanalına Ülviyyə Könül rəhbərlik edəcək. QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az-a verilən məlumata görə, sədr Rövşən Məmmədovun əmri ilə Əməkdar incəsənət xadimi Ülviyyə Oqtay qızı Kərimova QSC-nin nəzdində fəaliyyət göstərən “Mədəniyyət” telekanalına direktor vəzifəsinə təyin edilib. Əvvəllər telekanala Əməkdar artist Ramil Qasımov rəhbərlik edib. Ramil Qasımov mədəniyyət naziri Anar Kərimovun əmri ilə 2020-ci ildə Heydər Əliyev Sarayının direktoru vəzifəsinə təyin edilib. Bu təyinata kimi Ülviyyə Könül 2019-cu ilin oktyabrından "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin baş rejissoru vəzifəsində çalışıb.
Mənbə:
0
38
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar