Nazir Kukla Teatrının direktorunu işdən çıxardı

Nazir

Qax Dövlət Kukla Teatrının direktoru Nazim Mahmudov işdən çıxarılıb.

1news.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Bildirilib ki, N.Mahmudovun fəaliyyəti barədə nazirlik tərəfindən müvafiq araşdırma aparılıb və barəsində tədbir görülüb: “Öz vəzifə səlahiyyətlərindən, qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə əməli törətməsi, hüquq pozuntuları nəticəsində mərkəzi icra hakimiyyəti orqanının nüfuzuna xələl gətirən əməllərə yol verməsi səbəbindən Qax Dövlət Kukla Teatrının direktoru Nazim Davud oğlu Mahmudovun əmək müqaviləsinə Əmək Məcəlləsinin müvafiq bəndlərinə əsasən xitam verilib”.

Mənbə:
0
26
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar