“Qapanmalar təhsildə axsamalara gətirib çıxara bilər” - Deputat

“Qapanmalar
Azərbaycanda son günlər koronavirusa yoluxma sayında artım müşahidə olunur. Xüsusilə də təhsil müəssisələrində əyani dərslərə start veriləndən sonra yoluxanların sayı artır. Təhsil müəssilərində COVID-19 virusuna yoluxanlar olduqda isə, bəzən siniflər karantinə alınır, bəzən isə ümumilikdə məktəb karantinə alınaraq dərslər distant formada davam etdirilir. Ümumilikdə isə Azərbaycanda təhsil müəssisələrində Yoluxmanın daha da artmaması üçün atılan bu qabaqlayıcı tədbirlər cəmiyyətdə heç də birtərəfli qəbul olunmur. Bəzi valideynlər distant təhsilin tərəfdarı olsa da, bəziləri bunun övladlarının təhsil səviyyəsinə mənfi təsir etdiyini əsas gətirərək, təhsilin əyani şəkildə davam etməsini istəyirlər. Bütün dünyada olduğu kimi, Azərbaycanda distant təhsilin inkişafı üçün addımlar atılsa da, yetərli deyil. Uzaqdan təhsil heç də əyani təhsil kimi effektiv olmur. Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, sentyabr ayının 22-dən başlayaraq Azərbaycanda ümumtəhsil məktəblərində ənənəvi dərslərin başlanmasına start verildi.
“Mərhələli şəkildə yuxarı siniflər, daha sonra isə ali məktəblər və kolleclərdə ənənəvi təhsilə başlanıldı. Ötən müddət ərzində pandemiyaya yoluxma halları qeydə alınsa da lokal şəkildə siniflərin bağlanması, siniflərin tələbələrinə, şagirdlərinə tətbiq edilmək şərtilə distant təhsilə keçildi. Ancaq ümumilikdə Azərbaycan məktəblərinə, ali təhsil müəssisələrində ənənəvi formada dərslərin keçirilməsi davam etdirilir. Mən düşünürəm ki, havalar soyuduqca, yoluxma hallarında artım müşahidə edilə bilər". "Ancaq təkrar qapanmalar təhsildə müəyyən axsamalara gətirib çıxara bilər, əlavə problemlərlə qarşılaşa bilərik" - deyə, N.Həmzəyev əlavə edib: "Bu baxımdan təhsil müəssisələrində distant təhsilə keçilməsi məsələsi problemin həlli yolu ola bilməz. Biz bacardığımız qədər çalışmalıyıq ki, bütün təhsil işçilərinin vaksinasiya edilməsinə nail olaq, hətta mümkündürsə, bizim təhsil işçilərimiz və digər vətəndaşlarımız 3-cü doza vaksini də vurdursunlar. Belə olan halda yoluxma ehtimalı tamamilə aşağı düşər. Həmçinin bizim orta məktəblərdəki şagirdlərimizin immunitetinin yaxşılaşdırılması üçün idman dərslərinin keçirilməsinə xüsusilə üstünlük verilməlidir. Sağlam həyat tərzinin təbliği çox vacibdir. Böyük şəhərlərdə idman dərslərinin keçirilməsinə nəzarət olsa da, ancaq mərkəzdənkənar, rayon yerlərində çox təəssüflər olsun ki, idman dərsləri başqa dərslərlə əvəzlənir və yaxud idman dərslərinin keçirilməsinə ciddi yanaşılmır. Düşünürəm ki, idman dərslərinin keçirilməsinə çox böyük önəm vermək lazımdır”.

Deputat bildirib ki, şagirdlərin, tələbələrin ənənəvi təhsilə davam etmələri üçün alternativ yollar tapılmalıdır. "Vətəndaşlarımız da pandemiya ilə mübarizədə dövlətin, hökumətin həyata keçirdiyi işlərə dəstək olsunlar”.

Mənbə:
0
41
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar