Yaponiya saytı AZƏRTAC-ın xüsusi müxbirinin Azərbaycanın müstəqilliyinin bərpasının ildönümünə dair məqaləsini yayıb

Yaponiya
Yaponiyanın “ajmedia.jp” saytı AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri Vüqar Ağayevin Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümünə həsr olunmuş məqaləsini yayıb. “Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasının 30-cu ildönümünü böyük uğurlarla qeyd edir” sərlövhəli məqalədə 1991-ci il oktyabrın 18-də müstəqilliyini bərpa edən Azərbaycanın ötən dövrdə qazandığı nailiyyətlərdən bəhs olunur. Qeyd edilir ki, Azərbaycan ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı təkcə regionun deyil, həm də dünyanın nüfuzlu dövlətlərindən birinə çevirib. Uğurla həyata keçirilən qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri Azərbaycanın dünyanın aparıcı ölkələri ilə bərabər səviyyəli, qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasına şərait yaradıb. İngilis və yapon dillərində yayılan məqalədə Azərbaycan tərəfindən reallaşdırılan Bakı Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, 2020-ci ilin dekabrında istifadəyə verilmiş TAP boru kəmərinin Avropanın enerji təminatında mühüm rolu xüsusi qeyd edilib. 2020-ci ilin sentyabrında başlamış Vətən müharibəsində qəhrəman Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Qələbə qazandığı yazıda xüsusi vurğulanıb. Bildirilib ki, bütün dünyanın heyran qaldığı 44 günlük müharibə nəticəsində Ermənistan ordusunun işğalından azad olunan ərazilərdə hazırda bərpa və quruculuq işləri böyük sürətlə davam etdirilir. Azərbaycan dost ölkələrlə birlikdə burada “ağıllı” şəhər və kəndlərin salınması işlərinə start verib.

Məqalədə ötən 30 ildə Azərbaycanın bütün dünyada yalnız iqtisadi cəhətdən inkişaf etmiş dövlət deyil, həmçinin nüfuzlu beynəlxalq tədbirlərin reallaşdırıldığı mühüm məkana çevrildiyi də oxucuların diqqətinə çatdırılıb.

Mənbə:
0
24
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar