• Şikayət et

2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan “ÇİÇƏKLƏR” adlı etüd

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan "ÇİÇƏKLƏR" adlı etüd tədbiri 1 və 2 fevral 2023 -cü il tarixlərində  Xətai Sənət Mərkəzində baş tutdu.

15-29 yaş arası gənclər arasında keçirilən tədbirdə ümumilikdə 31 etüd həvəskarı gənc rəssam natura kimi qoyulmuş təbii buketi  özlərinə uyğun texnika və baxışla təsvir etdilər.

Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qədirli, Azərbaycan Dövlət Rəsm Qalereyasının sərgilər və ekspozisiya şöbəsinin müdürü Elçin Hüseyn, Xalq rəssamı Arif Hüseynov və Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov, iştirak etdi.

Tədir qaleryanın qonaqları və etüdü izməməyə gələnlərin böyük marağına səbəb oldu.Həmrəylik və səmimiyət şəraitində davam edən tədbir sertfikatların təqdim olunması ilə başa çatdı.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
Mənbə:
0
8
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar