• Şikayət et

2 nömrəli Bakı Baza Tibb kollecində “Məzun Günü” keçirilib

2 nömrəli Bakı Baza Tibb kollecində “Məzun Günü” keçirilib.


Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başcısı Elşad Həsənov, Yasamal Rayon İcra Hakimiyyəti başcısının müavini Təravət Muradova, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini Telman İbadov, Səhiyyə Nazirliyinin İnsan resursları şöbəsinin mütəxəssisi Təranə Əhmədova, eləcə də kollecin əməkdaşı - şəhid Mürsəl Kazımlının valideyinləri və digər qonaqlar iştirak ediblər.

 

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla yad edilib.


Tədbiri giriş nitqi ilə kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq məzunları təbrik edib, onlara ən xoş arzularını çatdırıb.


Sonra Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov çıxış edib.

 

Orta tibb işcilərinin “Andiçmə” mərasimi keçirildikdən sonra kollecin müharibə iştirakcıları, qazilər və fərqlənən tələbələr Təşəkkürnamə və Fəxri fərmanlarla təltif ediliblər.

 

Tədbir kollecin “Şəfa” rəqs qrupu və “Təbib” xor qrupunun musiqili bədii kompozisiyası ilə davam edib.

Mənbə:
0
162
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar