Moskvada qarın hündürlüyü 34 santimetrə çatıb.
Axar.az xəbər verir ki, bunu “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus deyib.
“Bu, qışın əvvəlindən bəri ən yüksək göstərici və 1941-ci ilin 19 dekabrında müəyyən edilmiş qar örtüyünün hündürlüyünə görə gündəlik rekordun təkrarıdır”, - Leus bildirib.
Qeyd edək ki, ötən gün də Moskvaya rekord həcmdə qar yağmışdı.