MediaBaku.Az Kulis.az-a istinadən Xalq artisti Ağadadaş Qurbanov haqqında maraqlı faktları təqdim edir.
Ağadadaş Qurban oğlu Qurbanov 1911-ci il mart ayının 8-i Bakının Saray qəsəbəsində kasıb ailədə dünyaya gəlib. Valideynlərini erkən itirdiyi üçün bacısı ilə birgə babasının himayəsində yaşamağa başlayır. Ancaq bir neçə il sonra onları da itirdiyindən şikəst əmisinin yanında qalmalı olurlar. O, 9 yaşından qonşulara su daşımaqla ailənin qayğılarını yüngülləşdirməyə çalışır. Ağır həyat yaşasa da, hələ məktəb yaşlarından teatra, incəsənətə böyük maraq göstərən Ağadadaş Qurbanov istedadlı uşaqları başına yığıb dram dərnəyi yaratmağa çalışır, rejissorluğu da özü edir.
17 yaşında ikən ilk tamaşanı Lətif Kərimlinin müəllifi olduğu "Fırtına" əsərini ərsəyə gətirir. Tamaşa böyüklərin də marağını cəlb edir və əsərə baxmağa gəlirlər. Beləliklə, Ağadadaşdakı aktyorluq istedadını görüb sonralar onu teatra cəlb edirlər. Onun səhnəyə qoyduğu tamaşalara baxmaq istəyənlərin sayı o qədər çox olur ki, oturmağa boş yer tapılmır. Tez-tez evinə onun aktyor dostları - Fatma Qədri, Sidqi Ruhulla və başqaları gəlirlər.
Aktyor 1952-ci ildən Gənc Tamaşaçılar Teatrında, 1952-ci ildən ömrünün sonunadək isə Azərbaycan Dövlət Milli Dram Teatrında fəaliyyət göstərir.
Ağadadaş Qurbanov Gənc Tamaşaçılar Teatrında böyüklər üçün nəzərdə tutulan Cəfər Cabbarlının "Aydın" pyesində Aydın, Şillerin "Qaçaqlar" pyesində Karl Moor, Mirzə Fətəli Axundzadənin "Molla İbrahimxəlil kimyagər" komediyasında Molla İbrahimxəlil, Nikolay Qoqolun "Müfəttiş" komediyasında Xlestakov, Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" komediyasında Hacı Qəmbər, Rabindranat Taqorun "Qaneşin yolu" hekayəsi əsasında hazırlanmış "Əfilər" pyesində Qaneş kimi maraqlı obrazlar yaradır.
Aktyor Azərbaycan Dövlət Milli Dram Teatrında "Ailə namusu", "Almaz", "Od gəlini", "Dönüş", "Şeyx Sənan", "Səyavuş", "Qış nağılı", "Vaqif", "Şirvan gözəli", "Uzaq sahillərdə", "Göz həkimi", "Toy", "Mariya Tüdor" tamaşalarında aparıcı rollar ifa edib.
Ağadadaş Qurbanov bir sıra filmlərdə də rol alır. O, 1941-ci ildə Abbasqulu Ağa Bakıxanov rolu ilə "Səbuhi" filmində rol alıb. Həmçinin "Zəncirlənmiş adam" filmində Alvardo, "Bir qalanın sirri" filmində Usta, "Qızmar günəş altında" filmində professor, "Koroğlu" filmində Həsən xan, "Telefonçu qız" filmində Zakirin atası, "Bizim küçə" filmində isə Bəhram rolunu ifa edib.
Ağadadaş Qurbanovun çox uğurlu kino qəhrəmanlarından biri Argentina yazıçısı O. Draqunun "İtə çevrilən adam" hekayəsi əsasında rejissor Kamil Rüstəmovun ekranlaşdırdığı "Zəncirlənmiş adam" filmindəki Alvardo obrazıdır. Aktyor bu filmdə hər cür məhrumiyyətlərə məruz qalmış bir insanın dəhşətli həyatının ağır anlarını canlandırır.
Ağadadaş Qurbanov 17 iyun 1943-cü ildə 24 yaşında Azərbaycanın Əməkdar artisti adını alan nadir aktyorlardan biri olub. 27 fevral 1954-cü ildə isə Xalq artisti fəxri adına layiq görülüb.
Ağadadaş Qurbanovun ilk evliliyi Xalq artisti Gülxar Həsənova ilə olur. Gülxar xanım özfəaliyyət klubunda çıxış edən zaman özündən 11 yaş böyük olan aktyor Ağadadaş Qurbanovla tanış olur. Bir müddət sonra aktyor ona evlənmək təklif edir. Lakin, aktrisanın yaşı nikaha düşmədiyi üçün onlar dini kəbin kəsdirirlər. Bu evlilikdən Hamlet Qurbanov dünyaya gəlir.
Gülxar Həsənova həmin gündən sonra həyat yoldaşı ilə birgə tamaşalarda çıxış etməyə başlayır. Lakin Ağadadaşı sevən qadınlar gün-gündən artır. Onlardan biri isə vaxtilə Gülxarla tibb institutunda oxuyan qadın olur. Ağadadaşın bütün tamaşalarına gül-ciçəklə gələn qadın Gülxara nifrət edirmiş. Bir gün isə o, belə qərara gəlir ki, Gülxar tamaşadan çıxanda daş atıb onun gözünü kor etsin. Lakin bu məsələni Ağadadaşa çatdırırlar. Ağadadaş Gülxarın ondan tez teatrdan çıxmasına icazə vermir. Beləliklə aktrisa böyük bir hadisədən xilas olur.
Ətraflı
Bir gün isə həmin qadın düz onların evinə qədər gəlir və onunla görüşüb Ağadadaşla bir-birlərini sevdiklərini deyir. Bu sözdən məyus olan Gülxar bir yaşı yenicə tamam olan oğlu Hamleti da götürüb evindən həmişəlik çıxır. Həmin məqamda Ağadadaş Qurbanov evdə yatılı olur.
Aktyor ikinci dəfə özündən 11 yaş kiçik olan Kübra adlı həkim qızla ailə həyatı qurur. Onların Firəngiz və Gülşən adlı qızları dünyaya gəlir. Elitar ailədə dünyaya gələn Kübra çox gözəl qadın olur. Tanıyanlar onu aktrisa Simona Sinyoraya bənzədirlər.
Aktyor Əliağa Ağayev Gənc Tamaşaçılar Teatrıda işləyən zaman aktrisa Cəvahir İsgəndərovaya vururlur. Ağadadaş Qurbanov bir gün onların münasibətlərindən xəbər tutur, Əliağanı yanına çağırır. Deyir ki, bu qız mənim teatr truppamda yetişib, bu teatrın səhnəsinə çıxıb. Mənə öz balam kimi əzizdir, sən də yaxşı oğlansan, ona qarşı münasibətin ürəkdən deyilsə, uzaqlaş, ürəkdəndirsə gecikmə, yaxınlaş. Ürəyini qıza açmağa cəsarət eləməyən gənc bu sözlərdən sonra qəti addım atıb Cəvahirlə evlənir.
"Arşın mal alan" filmində Soltan bəy roluna çəkilən aktyor kinolentinin tamamlandığı ərəfədə Salyana qastrola gedir. On beş yaşlı qızı Gülşən Qurbanova da onunla bir yerdə olur. Onlar mehmanxananın eyvanına çıxanda qəfildən eyvan uçur və aktyor qızı ilə birgə eyvandan yıxılır. Ağadadaş Qurbanov 25 iyun 1965-ci ildə faciəli şəkildə həlak olur, Gülşənin isə qolu sınır. Xalq artisti Bakıda Fəxri xiyabanda dəfn olunur. Gülşən xəstəxanada olduğundan ondan atasının ölümünü bir müddətlik gizlədirlər. "Arşın mal alan" filminin finalındakı toy səhnəsində Ağadadaş Qurbanovu Ələkbər Hüseynzadə ifa edir.
Ağadadaş Qurbanovla bağlı həmin hadisəni xatırlayan xalq artisti Rafiq Əzimov deyir:
"1965-ci ildə Masallı rayonuna getmişdik. Qastrolumuz sona yetirdi, axırıncı tamaşamızı göstərməli idik. Aktyorlarımız "Toy" tamaşasını oynamaq üçün Salyana gəlirlər. Mehmanxanada Ağadadaşın kiçik qızı Gülşən Qurbanova, aktrisa Rəhilə Mirzəyeva və onun İbrahim Topçubaşovdan olan qızı Rəna Topçubaşova, bir də bizim qrim ustası Bahadur bir otaqda imişlər. Ağadadaş oturub çay içəndə Gülşən balkona çıxıb və atasını çağırıb ki, ata, gəl bax, əlil maşınına Stalinin şəklini vurublar. Bu zaman Ağadadaş qızının qəlbini qırmır, balkona çıxır. Onunla bərabər hamı balkona çıxır. Bu vaxt balkon ağırlığa tab gətirməyib uçur. Ağadadaş Qurbanov birinci yıxılır, qalanlar da onun üstünə. Ciyəri, böyrəyi parçalanır və dünyasını dəyişir".
Ağadadaş Qurbanovla oğlu Hamlet eyni teatrda çalışsalar da, bir-birləri ilə küsülü olublar. Amma bu küsülülük ailə məsələlərinə görə yox, teatrdakı problemlərlə bağlı olub. Ağadadaş Qurbanov rəhmətə gedən ərəfədə Gülxar xanım oğlu Hamletlə birgə Moskvaya gedir. Hamlet rejissorluq ixtisasından imtahan verir. İkinci imtahanı verən zaman Gülxara Ağadadaş Qurbanov ölüm xəbərini çatdırırlar. Xəbəri eşidən aktrisa ağlayır, Hamlet anasının səsini eşidib gələndə, o, ərinin ölümünü ondan gizlədir. Ölənin başqa aktyor olduğunu deyir, özü isə ertəsi gün Bakıya qayıdır. Lakin elə ertəsi gün rejissor Eldar Quliyev bu xəbəri Hamletə çatdırır. Hamlet ona zəng vurub ağlaya-ağlaya deyir: "Ana, axı sən niyə belə elə elədin? İndi mən atamla həmişəlik küsülü qaldım. Heç olmasa son dəfə gəlib onun yola salardım".
Sənətkarın qızları Gülşən və Firəngiz qardaşları Hamletlə ilk dəfə atalarının dəfn mərasimdə tanış olurlar. Hamletin atasına oxşarlığı onu ilk dəfə görənləri təəccübləndirir.
Ömrünün son günlərinə qədər ilk sevgisinə sadiq qalan xanəndə Gülxar Həsənova müsahibələrin birində deyir: "Məhəbbət indiyə qədər öz yerində qalıb. O, öldü getdi, amma mən sağam. Bu günə kimi məni nə qədər adamlar istədi, getmədim. Yüksək vəzifəli insanlar da məni sevib, amma mən demişəm ki, Ağdadaşdan ayrı olsam da, o, başqası ilə evlənsə də, mən onu sevirəm, həmişə də sevəcəyəm."
Ərindən ayrılsa da, ərinin qohumları həmişə Gülxarın yanında olublar. Ağadadaş Qurbanov rəhmətə gedəndə məzarlığa gedən aktrisanı görən baldızı gəldiyi üçün ona acıqlanıb. Gülxar dəfn mərasimindən getmək istəyəndə Leyla Bədirbəyli onu getməyə qoymur. Özü ilə birgə aktyorun ikinci həyat yoldaşının evindəki yas mərasiminə qədər aparır. Ölümündən sonra aktyora sevgisi azalmayan aktrisa hər gün Ağadadaş üçün "Yasin" oxuyurmuş.
Vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi daim diqqətdə saxlanılır. Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən, son illərdə paytaxtın avtobus parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Yeni texnalogiyalar və innovasiyalar tətbiq edilməklə ictimai nəqliyyat infrastrukturu da yenilənir.
“Qafqazinfo” xəbər verir ki, bu çərçivədə Bakı şəhərində smart tipli avtobus dayanacaqlarının quraşdırılması işləri davam etdirilir.
Yeni dayanacaqların quruşdırılması Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilir.
Dövlət-özəl əməkdaşlığı çərçivəsində həyata keçirilən layihə tam olaraq özəl sektor tərəfindən maliyyələşdiriləcək və idarə olunacaq. Layihənin məqsədi avtobus dayanacaqlarının funksionallığının və innovativliyinin artırılması, ictimai nəqliyyat infrastrukturunun idarəedilməsi sahəsində dövlət-özəl əməkdaşlığı modelinin tətbiqinin genişləndirilməsidir.
Tamamilə yerli istehsal olan smart avtobus dayanacaqlarının bir çox üstünlükləri var. Dayanacaq pavilyonunda sərinləndirmə sistemi quraşdırılıb ki, bu da şəhərin ictimai nəqliyyat infrastrukturunda bir ilkdir. Müasir avadanlıqlarla təchiz olunan smart dayanacaqlarda müşahidə kameraları və monitor quraşdırılıb. Dayanacaqların işıqlandırılması və elektrik təminatı qismən günəş paneli hesabına təmin olunacaq. Smart dayanacaqlarda kofe, çay, su və s. zəruri məhsulların satışı təşkil ediləcək.
Növbəti smart tipli avtobus dayanacağı metronun Memar Əcəmi stansiyasının yaxınlığnda Hüseynbala Əliyev küçəsində quraşdırılıb. Buradan 3 müntəzəm marşrut xətti üzrə avtobuslar keçir və sərnişin axını baxımından əsas cəlbetmə məntəqələrindən hesab olunur. Bu dayanacaq pavilyonuna da individual ad verilib. Belə ki, pavilion “Memar Əcəmi” dayanacağı adlandırılıb.
Yaxın 2 il ərzində ümumilikdə Bakı şəhərində 100 smart dayanacağın quraşdırılması nəzərdə tutulur.
Türkiyənin ən az yağıntılı bölgəsi olan Karapınar, Mərkəzi Anadoluda Konya vilayətinin qəsəbələrindən biri sayılır. 1950-ci illərdə baş verən külək eroziyası nəticəsində 103 min hektar ərazi quruyur, Karapınar isə "dyun" hərəkətləri nəticəsində səhraya çevrilir.
Publika.az xəbər verir ki, Karapınar səhrası həm də dünyanın ən yaşıl ərazilərə malik səhralarından biridir.
1959-cu ildə türk mühəndisləri və yerli əhalinin əməkdaşlığı ilə bölgəni xilas etmək üçün bir layihəyə başlanılıb və Karapınar yaşıllaşdırma sahəsindəki uğurlu fəaliyyətlər ilə dünyaya nümunə olub.
Eroziya nəticəsində səhraya çevrilən ərazilər keçmişdə tamamilə qum təpələri olduğu halda, bu gün ərazidə səhralaşmaya nümunəsi olan bir təpə, ağaclarla örtülmüş meşə və otlaq sahəsi var. Təbiətə qarşı bu mübarizəni görmək üçün hər il müxtəlif ölkələrdən tədqiqatçılar bölgəyə səfər edirlər.
Tarixi İpək Yolu üzərində yerləşən Karapınar səhra və tektonik gölləri ilə çox sayda ziyarətçinin diqqət mərkəzindədir. Bu təbiət möcüzəsi səhra həm də Türkiyədə safari üçün nadir yerlərdən biridir.
Hər bir dövlətin gücü onun iqtisadiyyatı və ordusu ilə müəyyən edilir. Bugünkü Azərbaycanın həm iqtisadiyyatı, həm də ordusu güclüdür. Azərbaycan Ordusu dünyanın qüdrətli ordularından biri olduğunu 2020-ci ildə 44 günlük Vətən müharibəsindəki Zəfəri ilə sübut etdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva deyib.
Deputat bildirib ki, 104 il əvvəl Şərqin ilk demokratik dövləti kimi təsis edilən Azərbaycan Xalq Cümhuriyyəti qısa, lakin şərəfli fəaliyyəti ilə xalqımızın dövlətçilik tarixində özünəməxsus dəyərləri miras qoyub. Həmin miraslardan biri də Azərbaycan Ordusudur. AXC-nin mövcud olduğu 23 ay ərzində ölkənin müdafiəsinin təşkili, ordunun formalaşdırılması sahəsində uğurlu işlər görülüb. AXC dövründə Azərbaycan Silahlı Qüvvələrinin təsis edilməsi ilə bağlı qəbul edilmiş qərarlar, qısa müddətdə həyata keçirilmiş bir çox tədbirlər hazırkı ordumuzun formalaşmasında əhəmiyyətli rol oynayıb.
“Azərbaycan 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyinə yenidən qovuşdu. Müstəqil dövlətimizin atributları təsis edildi, ordusu yaradıldı. Bu ordu həm də Azərbaycanı işğal etmək istəyən Ermənistan silahlı qüvvələri ilə döyüşə-döyüşə formalaşırdı. Ərazi ozünümüdafiə taborları, asayiş keşikçiləri və xalq düşmənə qarşı birlikdə döyüşürdü. Beləlikə, Birinci Qarabağ müharibəsi ordunun formalaşması dövrünə təsadüf etmişdi. Həmin vaxtlarda Azərbaycanda separatçılıq yaranmışdı. Dövlətçilikdə səriştəsizlik hökm sürürdü. Milli qarşıdurmalar cəmiyyətdə olduqca qorxulu bir vəziyyət yaratmışdı. Bu cür vəziyyət vətəndaş qarşıdurmasına səbəb ola bilərdi. Yaranmış ümumi şərait Ermənistanın Azərbaycan ərazisinin 20 faizini işğal etməsinə səbəb oldu.
Xalqın təkidli tələbi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev daha böyük faciələrin qarşısını aldı və ayrı-ayrı silahlı dəstələrin dövlətçiliyə problem yaratmasına imkan vermədi. Beləliklə, müstəqil Azərbaycan üçün təhlükə sovuşdu.
Ulu Öndər digər sahələrlə yanaşı ordu quruculuğuna da lazımi səviyyədə diqqət ayırdı və inkişaf etdirdi. Qısa müddətdə ərazi ozünümüdafiə taborlarını ləğv etdi, orduda vahid komandanlıq yaratdı. Bunlar Azərbaycan Ordusunun nizami ordu kimi formalaşmasının başlanğıcı idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordumuzda və xalqımızda qələbəyə qəti inam yarandı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr tam komplektləşdirildi.
1993-cü il, yanvarın 5-dən 6-na keçən gecə Ali Baş Komandan Heydər Əliyevin sərkərdəliyi ilə həyata keçirilən Horadiz əməliyyatı Azərbaycan Ordusunun formalaşmasının ilk işartıları idi. Horadiz əməliyyatının nəticəsində Füzuli rayonunun 20 Arazboyu kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Bu qələbə Ordumuzun döyüş əzmini, qəhrəmanlıq ruhunu ifadə edən qələbə kimi tarixləşdi. Bununla belə Azərbaycan Ordusu hələ çox əməliyyatları qələbə ilə başa vuracaqdı”, - deyə S. Xasayeva bildirib.
Deputat vurğulayıb ki, bügünkü Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şərəfli tarixi məhz ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Müasir Azərbaycan Ordusunun qurulması, inkişafı və möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Sonrakı illərdə isə ordu quruculuğundakı prosesi Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev uğurla davam etdirdi. Dövlətimizin başçısının rəhbərliyi ilə güclü dövlət quruculuğu strategiyası uğurla reallaşdırıldı, iqtisadi potensialın və böyük maliyyə imkanlarının yaradılması hərbi məsələlərin yüksək səviyyədə həll edilməsinə imkan yaratdı. Bu məqsədlə hər il dövlət büdcəsində müdafiə xərclərinə böyük vəsait nəzərdə tutuldu, ölkənin müdafiə sənayesi yaradıldı, ordu ən müasir silahlarla təchiz edildi, ölkəmizin hərbi sahədə əməkdaşlıq əlaqələri genişləndirildi və nəticədə Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil oldu. İqtisadi güc, güclü ordu, milli həmrəylik və güclü lider Vətən müharibəsində qələbəmizi şərtləndirdi.
“Azərbaycan Ordusunun iyunun 26-da 104-cü yaşı tamam olur. Hazırda ordumuz yeni tarixi bir mərhələdədir. Bu mərhələ qüdrət, güc, qalibiyyət, zəfər mərhələsidir. Buna görə də Azərbaycan xalqı öz liderinə və Ordusuna güvənir”, - deyə Səbinə Xasayeva qeyd edib.
Abşeron rayonunda 26 İyun - Silahlı Qüvvələr Günü qeyd olunub. Rayon ərazisində yerləşən N saylı hərbi hissədə keçirilən tədbirdə korpus komandiri, Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və hərbi hissənin şəxsi heyəti iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, iştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar. Daha sonra hərbi hissənin həyətində Türk-Azərbaycan şəhidlərinin adına salınmış Şəhidlər bağı ziyarət olunub, Vətənimizin bütövlüyü uğrunda canlarından keçən igidlərimizin ruhuna dualar oxunub.
Hərbi Hissənin akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Korpus komandiri, general-mayor Kənan Seyidov çıxış edərək ölkəmizdə həyata keçirilən ordu quruculuğundan, Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqdan, döyüş meydanında əldə edilən Qələbədən danışıb. Bildirilib ki, ölkəmizdə ilk nizami hərbi hissə 1918-ci il iyunun 26-da yaradılıb. Lakin Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu quruculuğu prosesi dayanıb. Yalnız ulu öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Heydər Əliyev 1971-ci ildə Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin – görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxardı. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra C.Naxçıvanski adına Hərbi Məktəb ordu quruculuğunun əsas bazalarından birinə çevrildi.
Sonra çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev bildirib ki, güclü Azərbaycan Ordusu, məğrur və rəşadətli əsgərlərimiz Ali Baş Komandanın əmirlərini yerinə yetirərək Azərbaycanımızın şanlı tarixini yazdı. Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsinə, müasir infrastrukturun yaradılmasına, hərbi qulluqçuların sosial müdafiəsinə, mənzil təminatının yaxşılaşdırılmasına, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə hər zaman xüsusi diqqət yetirilir. Azərbaycanda son illərdə formalaşan və dinamik inkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsal olunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlı məhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.
Silahlı Qüvvələrin modernləşdirilməsi dövlət siyasətinin strateji isiqamətlərindəndir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib. Görülən işlərin nəticəsidir ki, bu gün Silahlı Qüvvələrimiz Qafqazın ən müasir ordusu hesab olunur.
Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfər qazandığını vurğulayan icra başçısı ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edib.
Daha sonra şəhid Şamil Nəcəfovun anası Gülşən Qazarxanova, şəhid Vüsal Musayevin anası Vüsalə Musayeva, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Veysəl Musibovun anası Səməngül Musibova çıxış edərək hərbi qulluqçuları təbrik edib, ölkəmizin düşmən üzərində Qələbə qazanmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli qərarlarından, ordumuzun uğurlu əməliyyatlarından, əsgərlərimizin xidmətlərindən danışıblar. Çıxışçılar respublikamızda şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Sonra şəhid ailələri tərəfindən Vətən müharibəsinin 4 iştirakçısına Prezidentin müvafiq sərəncamları ilə təltif olunan medallar təqdim edilib. Eyni zamanda, RİH tərəfindən fəaliyyətində fərqlənən bir qrup hərbçiyə fəxri fərmanlar və hədiyyələr verilib.
Daha sonra tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı olub.
Konsertdən sonra şəhid ailələri əsgərlərlə birgə əsgər yeməyinin dadına baxıb, onlarla xatirə şəkili çəkdiriblər.
Silahlı Qüvvələr Günü münasibəti ilə Vətən müharibəsinin Abşerondan olan şəhid övladlarına musiqili-əyləncəli tədbir proqramı təşkil edilb. Abşeron Rayon İcra Hakimiyyətinin və Heydər Əliyev adına mədəniyət və istirahət parkının təşkilatçalığı ilə Ümummilli Liderin adını daşıyan parkda keçirilən tədbirdə RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Gülnar Rəhimova, parkın müdiri Aksana Həsənova, 50-yə yaxın şəhid övladı və ailəsi iştirak edib. Abşeron Mədəniyət Mərkəzinin kollektivinin hazırladığı rəngarəng bayram proqramı təqdim edilib.
Daha sonra şəhid övladlarına hədiyyələr təqdim olunub.
Sonda şəhid övladları “Müharibə olmasın! Uşaqlar atasız qalmasın!” mesajları yazılan şarları havaya buraxıblar.
Tədbirdən sonra parkın ərazisində yerləşən əyləncə mərkəzində şəhid övladlarının istirahəti təşkil edilib.
Fiziki şəxslərin əmanətlərinin dollarlaşması may ayında ötən ilin müvafiq dövrünə nəzərən 3,9 faiz bəndi azalaraq 41,2 faiz təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankından verilən məlumatda bildirilir.
Hörmətli izləyicilərimiz!
XX əsrin əvvəllərindən elm, sənət və siyasət adamlarına parlaq elmi araşdırmalar, inqilabi səciyyəli ixtira və kəşflər, eləcə də dünya mədəni irsinə və cəmiyyətin inkişafına verilən misilsiz töhfələr üçün hər il müxtəlif nominasiyalar üzrə Nobel mükafatları verilir.
Tərcümeyi-halı və karyerası Azərbaycanla bağlı olan Alfred Nobelin (1833-1896) vəsiyyəti ilə onun mirasından yalnız beş sahənin nümayəndələrinə mükafatlar üçün vəsaitin ayrılması nəzərdə tutulmuşdu:
- fizika (1901-ci ildən İsveçdə təqdim olunur);
- kimya (1901-ci ildən İsveçdə təqdim olunur);
- fiziologiya və ya tibb (1901-ci ildən İsveçdə təqdim olunur);
- ədəbiyyat (1901-ci ildən İsveçdə təqdim olunur);
- dünyada sülhün təşviqi (1901-ci ildən Norveçdə təqdim olunur).
İqtisadiyyat elmləri üzrə Nobel mükafatı isə xeyli sonra - 1969-cu ildə təsis olunub. Bu, İsveç Milli Bankının Alfred Nobelin xatirəsinə həsr etdiyi xüsusi mükafatdır. İqtisadiyyat elmləri sahəsində nailiyyətlərə görə verilən bu mükafat ildə bir dəfə İsveç Kral Elmlər Akademiyası tərəfindən təqdim olunur. Nobel mükafatı mərasimində verilən digər mükafatlardan fərqli olaraq iqtisadiyyat elmləri üzrə mükafat Alfred Nobelin mirası deyil.
İqtisadiyyat üzrə Nobel mükafatı laureatları barədə yığcam məlumatları diqqətinizə çatdırırıq. Dünyanın taleyini dəyişən, tarixin gedişatına təsir göstərən bu insanları tanımağın sizin üçün maraqlı və əhəmiyyətli olacağını düşünürük...
Görkəmli amerikalı iqtisadçı, 1970-ci ildə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Pol Samuelson 1915-ci ildə İndiana ştatındakı Qari qəsəbəsində əczaçı Frank Samuelson və Ella Liptonun ailəsində anadan olub.
Valideynləri Polşadan ABŞ-a köçmüş yəhudi mühacirləri olan P.Samuelson 1935-ci ildə Çikaqo Universitetini bitirib. Əvvəlcə Harvard Universitetində, 1940-cı ildən isə Massaçusets Texnologiya İnstitutunda (MTİ) çalışıb. 1941-ci ildə Harvardda fəlsəfə doktoru elmi dərəcəsini alıb, 1947-ci ildə MTİ-də professor səviyyəsinə yüksəlib. İkinci Dünya Müharibəsi illərində və müharibədən sonrakı dövrdə bir sıra dövlət qurumlarında çalışıb, o cümlədən ABŞ-ın Maliyyə Nazirliyində planlaşdırma ilə məşğul olub. Federal Ehtiyatlar Bankının “RAND” korporasiyasında məsləhətçi işləyib.
P. Samuelson Beynəlxalq İqtisadiyyat Assosiasiyasının prezidenti (1956-1959), Ekonometrik Cəmiyyətin prezidenti (1952) və Amerika İqtisadiyat Assosiasiyasının prezidenti (1961) olub. 1960-cı illərin əvvəllərində isə ABŞ prezidenti Con Kennedinin müşaviri kimi fəaliyyət göstərib.
MTİ-nin dünyaya böyük elm adamları bəxş etmiş iqtisadiyyat kafedrasını faktiki olaraq o, yaradıb, həyatı boyu burada işləyib, sonradan dünyada tanınacaq şəxsiyyətlərin yetişməsində böyük rolu olub. Onun tələbələrindən Robert Merton və Cozef Stiqlits iqtisadiyyat sahəsindəki parlaq nailiyyətlərinə görə Nobel mükafatına layiq görülüblər.
P.Samuelson MTİ-dən təqaüdə çıxandan sonra da elmi fəaliyyətini davam etdirib.
Riyaziyyatı iqtisadçılar üçün “təbii dil” adlandıran P.Samuelson “İqtisadi təhlilin əsasları” kitabı ilə iqtisadiyyatın riyazi əsaslarına mühüm töhfələr verib. Onun ilk dəfə 1948-ci ildə nəşr olunmuş “İqtisadiyyat: giriş təhlili” kitabı bütün dövrlərin ən çox satılan iqtisadiyyat dərsliyi hesab olunur.
O, “neoklassik sintez”in (neoklassik mikroiqtisadiyyatın və Keyns makroiqtisadiyyatının bir konsepsiyada birləşdirilməsi) təşəbbüskarı və neokeynesçiliyin banilərindən biridir.
Onun elmi maraqları müasir iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edir. Əldə etdiyi elmi nəticələr müəyyənlik və risk altında istehlakçı seçimi nəzəriyyəsi, ekonometriya və maliyyə iqtisadiyyatından tutmuş makroiqtisadiyyat, kapital nəzəriyyəsi, beynəlxalq ticarət, ümumi tarazlıq və rifah iqtisadiyyatına qədər müxtəlif fənlər üzrə dərsliklərə daxil edilmişdir. Bir sözlə, iqtisadiyyatın elə bir sahəsini tapmaq çətindir ki, P.Samuelson orada öz sözünü deməmiş olsun.
İqtisadiyyatın Paqanisi və intellektual ekvilibrist adları ilə tanınan P.Samulson 1970-ci ildə “Statik və dinamik iqtisadi nəzəriyyəni inkişaf etdirən elmi əsərinə görə” Nobel mükafatına layiq görülüb.
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.
“general-leytenant” hərbi rütbəsi
general-mayor Zakir Samiddin oğlu Ağayevə
general-mayor Azər Əli oğlu Əliyevə
“general-mayor” hərbi rütbəsi
polkovnik Nicad Kamandar oğlu Qarayevə
polkovnik Akif Səməndər oğlu Pirverdiyevə
polkovnik Zaur Zeynalabdul oğlu Rüstəmova
polkovnik Eldəniz Telman oğlu Yəhyayevə
polkovnik Zaur İlham oğlu Zeynalova
“tibb xidməti general-mayoru” hərbi rütbəsi
tibb xidməti polkovniki Firudin İsaxan oğlu Nəbiyevə.
Vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi daim diqqətdə saxlanılır. Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən, son illərdə paytaxtın avtobus parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Yeni texnalogiyalar və innovasiyalar tətbiq edilməklə ictimai nəqliyyat infrastrukturu da yenilənir.
Bu çərçivədə Bakı şəhərində smart tipli avtobus dayanacaqlarının quraşdırılması işləri davam etdirilir. Yeni dayanacaqların quruşdırılması Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilir.
Dövlət-özəl əməkdaşlığı çərçivəsində həyata keçirilən layihə tam olaraq özəl sektor tərəfindən maliyyələşdiriləcək və idarə olunacaq. Layihənin məqsədi avtobus dayanacaqlarının funksionallığının və innovativliyinin artırılması, ictimai nəqliyyat infrastrukturunun idarəedilməsi sahəsində dövlət-özəl əməkdaşlığı modelinin tətbiqinin genişləndirilməsidir.
Tamamilə yerli istehsal olan smart avtobus dayanacaqlarının bir çox üstünlükləri var. Dayanacaq pavilyonunda sərinləndirmə sistemi quraşdırılıb ki, bu da şəhərin ictimai nəqliyyat infrastrukturunda bir ilkdir. Müasir avadanlıqlarla təchiz olunan smart dayanacaqlarda müşahidə kameraları və monitor quraşdırılıb. Dayanacaqların işıqlandırılması və elektrik təminatı qismən günəş paneli hesabına təmin olunacaq. Smart dayanacaqlarda kofe, çay, su və s. zəruri məhsulların satışı təşkil ediləcək.
Növbəti smart tipli avtobus dayanacağı metronun Memar Əcəmi stansiyasının yaxınlığnda Hüseynbala Əliyev küçəsində quraşdırılıb. Buradan 3 müntəzəm marşrut xətti üzrə avtobuslar keçir və sərnişin axını baxımından əsas cəlbetmə məntəqələrindən hesab olunur. Bu dayanacaq pavilyonuna da individual ad verilib. Belə ki, pavilion "Memar Əcəmi" dayanacağı adlandırılıb.
Yaxın 2 il ərzində ümumilikdə Bakı şəhərində 100 smart dayanacağın quraşdırılması nəzərdə tutulur.
Son şərhlər