ABŞ-da alman xüsusi təyinatlıları terrorçu zənn edildi, ara qarışdı

Amerika Arizonasına təlimlərə gələn Bundesverin elit bölməsindən iki hərbçinin həddindən artıq gizli davranışı, az qala diplomatik konfliktə çevrilib.

Qaynarinfo xəbər verir ki, bu haqda "Der Spiegel” yazıb. Manevrlərdə iştirak edən iki döyüşçünün təcili və ya koronavirus infeksiyası halında həkimlərin alman əsgərlərinə necə kömək edə biləcəyini öyrənmək üçün yerli bir xəstəxanaya baş çəkdikləri qeyd edilir.

Ancaq tibb müəssisəsinə gələnlərin şəxsiyyət vəsiqələrini göstərməmələri onların xəstəxanaya hücum hazırlayan terrorçu olduğunu zənn etməyə səbəb olub. Xəstəxana işçiləri dərhal FTB-yə şübhəli ziyarətçilərin gəldiyini xəbər verib.

Federal Təhqiqatlar Bürosu Almaniyanın Vaşinqtondakı səfirliyi ilə əlaqə qurmalı olub, lakin yüksək məxfilik üzündən alman xüsusi qüvvələrinin Arizonadakı təlimləri barədə məlumatları olmayıb. Yalnız Berlinə edilən çoxsaylı telefon zənglərindən sonra vəziyyət qaydasına düşüb.
 
Alpər
Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
98
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar