ABŞ-da Xocalı həqiqətlərini əks etdirən maşın küçələrdə hərəkət edəcək

"Xocalıya ədalət” (“Justice for Khojaly”) beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması məqsədi ilə ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində üzərində faciəyə dair faktları əks etdirən rəqəmsal plakatlı xüsusi avtomobil küçələrdə hərəkət edir.

Bu barədə “Report”un yerli bürosuna ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) prezidenti Fərid Məmmədov məlumat verib.

O bildirib ki, layihə ACMA-nın təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Rəqəmsal plakatlarda Xocalıda ermənilərin törətdiyi qanlı cinayət haqqında məlumatlar və həmin tarixi lentə alınmış şəkillər nümayiş olunur.

F.Məmmədovun sözlərinə görə xüsusi maşın fevral ayının 25-dən 27-nə kimi şəhərdə insanların sıx yaşadığı bölgələrdən, mərkəzi küçələrdən və meydanlarda keçəcək və ABŞ ictimaiyyətini Xocalıda ermənilərin törətdiyi soyqırım haqqında məlumatlandıracaq.

Vüsalə Abbasova

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
806
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar