ABŞ-ın böyük texnoloji şirkətlərinə qarşı yeni antimonopoliya qanunu hazırlanır


    ABŞ-ın iki əsas partiyasını təmsil edən təmsilçilər senatorlar Amy Klobuchar Chuck Grassley-in rəhbərlikləri altında yeni qanun layihəsini təqdim etməyi planlaşdırırlar. Planlaşdırılan yeni qanun layihəsi Amazon Alphabet (Google şirkətinin sahibi) kimi böyük texnoloji şirkətlərin öz platformalarında fərdi servislərə və məhsullara üstünlük vermələrini qadağan etmək üçün nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, bir neçə müddət bundan öncə məlum oldu ki, Amazon şirkəti öz platformasında kənar satıcıların statistikalarından istifadə edib. Məqsəd isə həmin satıcıların təklif etdikləri məhsulların daha ucuz versiyalarını istehsal etmək və daha sonra axtarış nəticələrini manipulyasiya etməklə istehsal edilmiş məhsulları irəli çəkmək olub.

    Bu prosesin Amazon-un Hindistan üçün olan versiyasında reallaşdırılması şirkətin daxili sənədləri hesabına təsdiq olunmuşdu. Planlaşdırılan yeni qanun layihəsi ABŞ parlamentinin indiki tərkibinin ilk təşəbbüsü deyil. Belə ki, ABŞ-ın iki əsas partiyasını təmsil edənlər artıq uzun müddətdir ki, Amazon, Apple, Facebook Alphabet kimi şirkətlərin fəaliyyətlərinin məhdudlaşdırılması üçün çalışırlar. Lakin bu məsələ ilə bağlı heç bir təşəbbüs indiyənə kimi qanun səviyyəsində qəbul edilməyib. Hazırlanan yeni qanun layihəsi gələn həftənin əvvəlində təqdim olunacaq. Onun qəbul edilməsi üçün ABŞ Konqressinin hər iki palatası onu təsdiqləməlidir.


    Yeni qanun layihəsinə əsasən böyük şirkətlər öz platformalarında fəaliyyət göstərən digər şirkətlərə fərdi məhsulları və xidmətləri məcburi şəkildə qəbul etdirməməlidirlər. Bundan əlavə olaraq yeni qanun layihəsi sözügedən platformalardakı fərdi məhsulların və xidmətlərin irəli çəkilməsi yolunda kənar satıcıların məhsullarının axtarış nəticələrində göstəricilərinin aşağı salınmasını da qadağan edir. “Yüksək üstünlüklərə sahib rəqəmsal platformaların böyük şirkətlər olmaları səbəbilə onlar daha çox öz məhsulları ilə xidmətlərinə üstünlük verirlər. Biz elə bir siyasət yaratmalıyıq ki, o, sahibkarlara və kiçik müəssisələrə rəqəmsal platformalarda uğur qazanmaları üçün şərait yaratsın” - deyə senator Amy Klobuchar qeyd edib. 

Mənbə:
0
222
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar