ABŞ Rusiyanı bundan sonra təkcə sanksiyalarla cavab verməyəcəyi ilə hədələyib

“Rusiyanın ölkəmizin vacib infrastrukturuna qarşı kiberhücumlarını cavabsız buraxmayacağıq”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu bəyanat Birləşmiş Ştatların prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan tərəfindən səsləndirilib.

Onun sözlərinə görə, cavab təkcə sanksiyalarla kifayətlənməyəcək.

Müşavir Sallivan rus hakerləri tərəfindən bu yaxınlarda ABŞ-ın “SolarWinds” firmasının “Orion” proqram təminatı ilə qorunan iri şirkətlərinə qarşı həyata keçirilən haker hücumunun vurduğu zərərin miqyasının hələ də hesablandığını bildirib. Xatırladaq ki, amerikalılar bu hadisədə Rusiya hərbi kəşfiyyatına yaxın olan “APT29” haker qruplaşmasını günahlandırır.

“Biz hazırda bir prosesin içindəyik. Bizim cavabımız həftələrlə sürə bilər. Bu, həm görünən, həm də görünməyən vasitələri özündə birləşdirəcək. Üstəlik, görəcəyimiz tədbirlər təkcə sanksiyaları ehtiva etməyəcək”,-deyə Ceyk Sallivan söyləyib.

Xatırladaq ki, ABŞ prezidenti Co Bayden də bu yaxınlarda, Dövlət Departamentindəki çıxışında Vaşinqtonun Moskvaya öz hərəkətlərinə görə bədəl odətdirəcəyini bildirmişdi.

 

Musavat.com

Mövzuları qaçırmayın!
OXUYUN, PAYLAŞIN, QAZANIN!
Azərforum oxuduqca paylaşdığınız, paylaşdıqca qazandığınız tətbiqdir.
0
1018
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar