• Şikayət et

"Ağ ölüm"ün internet üzərindən hücumu: SOS!

Son zamanlar "ağ ölüm" sosial şəbəkələr üzərindən insanların həyatına siraət etməyə başlayıb.
 
Aztibb.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ürək-damar cərrahı Rəşad Mahmudov onlayn narkobiznes şəbəkəsi ilə mübarizədə istifadə ediləcək əlavə tədbirlər haqqında fikirlərini bölüşüb.
 
1. Narkotik maddə istifadəsinin sağlamlığa zərərləri barədə təbliğat işlərinin əhatə dairəsinin genişləndirilməsi və keyfiyyətli maarifləndirmə işinin təşkili.
 
2. Onlayn platformaların narkotik satışında istifadə edilməsinin qarşısının alınması üçün mövcud olan qanunvericilik aktının daha da gücləndirilməsi (onlayn satıcılıq barədə cəza tədbirlərinin qeyd edilməsi və s.).
 
3. Qanunverici baza barədə onlayn platformalar üzərindən maarifləndirmənin həyata keçirilməsi (bəzi insanlar onlayn narkotik satışının qanuni cəhətdən cəzasının olmadığını düşünür).
 
4. Prosesə qismən də olsa nəzarət mexanizmlərini həyata keçirmək və onlayn platformalar üzərindən narkotik satışını edən şəxsləri müəyyənləşdirmək üçün saxta profillərin yaradılmasının qarşısının alınması.
 
5. Sosial şəbəkələrdə bloqqerlik fəaliyyəti ilə məşğul olan məşhur şəxslərə qanuni cəhətdən antinarkotik təbliğatı işində öhdəliyin müəyyən edilməsi.
 
6. Sosial şəbəkələrdən doğru istifadənin gənclər və yeniyetmələr arasında təbliği.
 
7. İş yerlərinin (məşğulluq) daha çox artırılmasına nail olunması.
0
8067
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar