• Şikayət et

Ağdam Sənaye Parkında sahibkarlar üçün biznes imkanları - GENİŞLƏNDİRİLİR

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidentlərinin rahat fəaliyyət göstərmələri üçün mobil şəhərcikdə əlavə 8 ədəd modul tipli yataqxana (40 nəfərlik) quraşdırılıb.

Eləcə də bax: Nazir: "Araz Vadisi İqtisadi Zonasında dəyəri 30 milyon manatdan çox olan 6 layihəyə baxılır" - FOTO

FED.az xəbər verir ki, agentliyin yaydığı məlumatda bildirilir ki, bununla da, Sənaye Parkında modul tipli yataqxanaların sayı 16-ya (80 nəfərlik) çatdırılıb.

Bununla yanaşı, Sənaye Parkının ərazisində inzibati binanın tikintisi üçün işlərə start verilib. İnzibati binada iclas otağı, müasir ofis sahələri, təlim mərkəzi, laboratoriya və s. olacaq, sahibkarlara sığorta, bank və gömrük xidmətləri göstəriləcək.

Ağdam Sənaye Parkında həmçinin, əlavə olaraq 2 ədəd 400 kV-luq komplekt transformator məntəqəsi quraşdırılıb. və 40 MVA elektrik yarımstansiyasının tikintisinə başlanılıb. Qeyd edək ki, bundan əvvəl Sənaye Parkında 630 kV-luq komplekt transformator məntəqəsi quraşdırılmışdı. Sənaye Parkı sürətli internetlə təmin edilib.

Ümumiyyətlə, Ağdam Sənaye Parkında sahibkarlar üçün geniş biznes imkanları yaradılacaq. Sənaye Parkının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunacaqlar. Sınaye Parkının rezidentlərinə əlavə güzəştlərin (xüsusi güzəştli bank kreditlərinin təmin olunması, sosial sığorta ödənişlərin subsidiyalaşdırılması, kommunal xidmətlərin endirimli tariflə təklif edilməsi, xammal idxalında gömrük və ya ƏDV güzəştləri) də verilməsi nəzərdə tutulur. 

Mənbə:
0
32
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar