• Şikayət et

Aİ Ukrayna xəstəxanaları üçün generatorlar verəcək

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

7NEWS.Az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.
Bildirlib ki, Aİ Rusiyanın Ukraynanın mülki infrastrukturunu qəsdən bombalamasına görə əziyyət çəkən Ukrayna xalqı həmrəydir: "Mən bu hücumları qətiyyətlə pisləyirəm. Rusiya hərbi cinayətlərinə görə cavab verməlidir.

Biz səylərimizi gücləndiririk və Ukraynada mülki əhalinin elektrik və istilik təchizatının bərpası üçün lazım olan təcili yardımı göstərmək üçün tərəfdaşlarımızla işləyirik.

Aİ-nin Fövqəladə Hallara Cavab Koordinasiya Mərkəzi vasitəsilə Komissiya hazırda üzv dövlətlər tərəfindən və birbaşa Komissiyanın AB-nin "rescEU" ehtiyatından ianələrin mümkün qədər tez Ukraynaya çatdırılması üzərində işləyirik.

Litvadan 200 orta ölçülü transformator və böyük avtotransformatorlar, Latviyadan orta ölçülü avtotransformatorlar, Rumıniyada yerləşən "rescEU" ehtiyatından 40 ağır generator təchiz ediləcək. Bu generatorların hər biri kiçik və orta ölçülü xəstəxanaları fasiləsiz enerji ilə təmin edə bilər.

Avropa Komissiyası əlavə olaraq üçüncü tərəflərin ianələrinə icazə vermək və onların Ukraynaya, xüsusən də G7 tərəfdaşlarımızla əlaqələndirilmiş şəkildə çatdırılmasına kömək etmək üçün Polşada yeni enerji "rescEU" mərkəzi üzərində işləyir.

Biz həmçinin digər avtotransformatorlar da daxil olmaqla vacib yüksək gərginlikli avadanlıqların çatdırlması üçün müxtəlif ölkələrin müvafiq şirkətləri ilə əlaqə saxladıq və onların sürətlə Ukraynaya daşınması üçün tərəfdaşlarla koordinasiya edirik", Avropa Komissiyasının Prezidenti vurğulayıb.
 
7NEWS.Az
Mənbə:
0
61
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar