• Şikayət et

Ailə Sağlamlıq Mərkəzində tibbin müxtəlif sahələrinə dair seminarlar keçirilir

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) tibbin müxtəlif sahələrinə həsr olunmuş seminarlar davam etdirilir.
 
Aztibb.az xəbər verir ki, növbəti seminarda 3 nömrəli ASM-in ailə həkimi, terapevt Turan Zeynallı “Xroniki qaraciyər xəstəliklərində endotelial disfunsksiya” mövzusunda təqdimatla çıxış edib.
 
T.Zeynallı qaraciyər xəstəliklərinə səbəb olan amillərdən söz açıb, mövcud olan xəstəliklərin kliniki protokolları və yeni yanaşmaları barədə məlumatları seminar iştirakçılarının diqqətinə çatdırılıb.
 
Sonra hepatoloq-infeksionist Vüsalə Yaşarın “Xroniki Hepatit B - problemlər, hamiləlik və immunsupressiv xəstələr” mövzusunda məruzəsi dinlənilib.
 
O, çıxışında hamilə qadınlarda müşahidə olunan xəstəliklərə diqqət çəkib və bu sahədə olan mövcud müalicə metodlarından danışıb. Məruzəçi hepatitin hamiləliyin gedişinə, və ya əksinə, hamiləliyin hepatitin gedişinə təsirindən bəhs edib.
 
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Mənbə:
0
148
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar