• Şikayət et

Ailə Sağlamlıq Mərkəzində tibbin müxtəlif sahələrinə həsr olunmuş seminarlar keçirilir

Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan 3 nömrəli Ailə Sağlamlıq Mərkəzində (ASM) tibbin müxtəlif sahələrinə həsr olunmuş seminarlar davam etdirilir.
 
Aztibb.az xəbər verir ki, növbəti seminarda “Xroniki qaraciyər xəstəliklərində endotelial disfunsksiya” mövzusunda təqdimatla 3 nömrəli ASM-in ailə həkimi -terapevt Turan Zeynallı çıxış edib.
 
T.Zeynallı qaraciyər xəstəliklərinə səbəb olan amillərdən geniş söz açıb, mövcud olan xəstəliklərin kliniki protokolları və yeni yanaşmaları seminar iştirakçılarının diqqətinə çatdırılıb.
 
Sonra isə hepatoloq infeksionist Vüsalə Yaşar “Xroniki Hepatit B - problemlər, hamiləlik və immunsupressiv xəstələr” mövzusu ilə seminarı davam etdirib.
 
V. Yaşar çıxışında hamilə qadınlarda müşahidə olunan xəstəliklərə diqqət çəkib və bu sahədə olan mövcud müalicə metodlarından danışıb. Hepatitin hamiləliyin gedişinə, və əksinə, hamiləliyin hepatitin gedişinə təsirindən bəhs edib.
 
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Mənbə:
0
155
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar