• Şikayət et

Çalhanoğlu: "Zlatan "Milan"ın çempionluğu üçün heç nə etmədi"

"İnter"in futbolçusu Hakan Çalhanoğlu "Milan"dakı sabiq komanda yoldaşı Zlatan İbrahimoviç haqda danışıb.

Qol.az xəbər verir ki, Türkiyə millisinin də üzvü olan 28 yaşlı yarımmüdafiəçi yerli mətbuata açıqlamasında bildirib:

“Zlatan sadəcə diqqəti sevir. O, “Milan”ın çempionatda qələbə qazanmasına töhfə verməyib. O, demək olar ki, meydana çıxmırdı, amma eyni zamanda diqqət mərkəzində olmağa çalışırdı”.

Qeyd edək ki, "Milan" 2010/2011 mövsümündən sonra ilk dəfə bu mövsüm İtaliya çempionu olub. A Seriyasında 2020/2021 mövsümündə isə Milan şəhərinin digər komandası "İnter" çempionluq əldə edib.

Mənbə:
0
2930
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar