• Şikayət et

Alpina yenilənmiş XB7 krossoverinin yeni şəkillərini dərc edib - FOTO

Məşhur Alpina şirkəti BMW X7 krossoverinə əsaslanan Alpina XB7 modelinin görünüşünü tam şəkildə əks etdirən yeni təsvirləri dərc edib. Xatırladaq ki, Buxloedən olan atelye yenilənmiş BMW Alpina XB7 krossoverini donor BMW X7 modeli ilə eyni gündə təqdim etmişdi. O zaman Alpina yenilnmiş avtomobilin yalnız yeganə şəklini dərc etməklə kifayətlənmişdi. İndi bu çatışmamazlıq aradan qaldırılıb.

 

Əslində, BMW Alpina XB7 krossoveri mövcud olmayam BMW X7 M modelinin rolunu oynayır. Alpina əvvəllər öz krossoveri üçün örtmələrlə tamamlanmış standart bamperlərdən istifadə edirdisə, yenilənmiş versiyada fənərlərin altında xarakterik “dişləri” olan M-bamperlər quraşdırılıb.

Bununla belə, bu bamperin də altında örtük var. Yeni interyerin təkmilləşdirilmələri arasında ekranların korporativ mavi-yaşıl rəngli dəyişdirilmiş qrafikasının, həmçinin miniatür transmissiya selektorunun mavi işıqlandırılmasının olacağı vəd edilib. Ənənəyə uyğun olaraq, interyerin zərif Lavalina dərisi ilə tam üzlənməsini sifariş etmək olar.

 

İkiaxınlı turbokompressorlu 4,4-litrlik V8 mühərriki, onun səsini daha aqressiv edən yeni buraxılış sistemini əldə edib. Ancaq bu, hasilata təsir etməyib: mühərrik əvvəlki kimi 621 at qüvvəsi və 800 Nm fırlama anına malikdir.

Standart BMW X7 modelinin ardınca Alpina XB7 modeli də səkkiz pilləli avtomatik transmissiyaya quraşdırılmış starter-generatora sahib olub. Alpina krossoverinin 100 km/saat həddinə sürətlənməsi 4,2 saniyə çəkir və onun maksimal sürəti elektronika tərəfindən 290 km/saat həddində məhdudlaşdırılıb. Xatırladaq ki, seriya modelində bu göstərici 250 km/saatdır.

Yenilənmiş BMW Alpina XB7 krossoverlərinə sifarişlər artıq qəbul olunur. Hazır avtomobillərin müştərilərə çatdırılmasına payızda başlanacaqdır. Alpina XB7 modelinin Avropadakı satış qiyməti 159 min avrodan başlayır.

autograph.az

Mənbə:
0
121
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar