Alyaskada ABŞ Hərbi Hava Qüvvələrinin 100-dən çox təyyarəsi təlimi keçəcək

ABŞ Hava Qüvvələri 10-25 iyun tarixləri arasında Alyaskada “Red Flag Alaska 21-2” şərti adı altında hərbi təlim keçirməyi planlaşdırır.

Sozcu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Sakit Okean Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Real döyüş şəraitinə uyğun şəkildə keçiriləcək təlimlərə 100-dən çox hərbi təyyarə cəlb olunacaq.

Bildirilib ki, Yaponiya və Cənubi Koreya pilotlarının da qatılacağı təlimdə 1,5 minə yaxın şəxsi heyət iştirak edəcək. Birgə təlimlərin keçirilməsində məqsəd taktiki-texniki təcrübə mübadiləsinin mənimsənilməsidir.

0
232
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar