Amerikalı siyasətçidən Putinə müraciət: Rusiya vətəndaşı olmaq istəyir

Dmitri Peskov Suzanna Massinin müraciəti ilə bağlı açıqlama verib

ABŞ-ın keçmiş Prezidenti Ronald Reyqanın Sovet İttifaqı üzrə keçmiş müşaviri, Dövlət Departamentinin keçmiş əməkdaşı Suzanna Massi ​​Rusiya Prezidenti Vladimir Putinə vətəndaşlıqla bağlı müraciət edib. AYNA “RİA Novosti”yə istinadən bildirir ki, Massi bunu NTV telekanalının efirində elan edib.

"Prezident Vladimir Vladimiroviç mənə Rusiya vətəndaşlığı vermək imkanı taparsa, bu mənim üçün şərəf olacaq", - deyə amerikalı qadın siyasətçi vurğulayıb.

Massi ​​ömrünün uzun illərini Rusiya və ABŞ xalqlarını bir-birinə yaxınlaşdırmağa həsr etdiyini, bu səbəbdən də ölkədə qalmaq istədiyini bildirib.

Qeyd edək ki, Massi "Soyuq müharibəni dayandıran qadın" ləqəbini alıb. Reyqanın dövründə onun təqdimatı ilə ölkə rəhbərliyi SSRİ-yə münasibətini yenidən nəzərdən keçirib.

Massinin müraciəti ilə bağlı Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib. Putinin sözçüsü deyib ki, bu məsələdə müəyyən bürokratik prosedurlar var.

0
151
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar