Ankara, Yunanıstandakı milli və dini azlıqların qanuni hüquqlarının heçə sayılmasını qəbuledilməz adlandırıb...
Türkiyə, Yunanistan Baş naziri Kiriakos Mitsotakisin bu ölkənin türk icmasının etnik kimliyi ilə bağlı qalmaqallı açıqlamalarını pisləyir və Afinanı, Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) milli azlıqlar haqqındakı qərarlarına hörmət göstərməyə çağırır.
İnterAz "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Türkiyə XİN, türklərin yaşadığı Paşevik kəndini “Pomak”, burada yaşayan etnik türklərin uşaqlarını isə "yunan uşaqları" adlandıran baş naziri tənqid edən Qərbi Trakya Türk Həmrəylik Cəmiyyətinə dəstəyini ifadə edib.
"Yunanıstanı bir daha bu ölkədə yaşayan soydaşların etnik kimliyini inkar etməyə son qoymağa, AİHM-in qərarlarına hörmətlə yanaşmağa çağırırıq”, açıqlamada deyilir.
Ankara, Yunanıstandakı milli və dini azlıqların qanuni hüquqlarının heçə sayılmasını qəbuledilməz adlandırıb.