• Şikayət et

“Antiterror əməliyyatları keçirmək üçün icazə istəməyəcəyik” – İbrahim Kalın

Türkiyə antiterror əməliyyatları keçirmək üçün icazə istəməyəcək.

Bizim.Media qardaş ölkənin mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.

O, qeyd edib ki, bizim məqsədimiz ölkənin milli təhlükəsizliyini təmin etməkdir, ona görə də kimdənsə icazə almağa ehtiyac yoxdur.

“Ankara öz tərəfdaşları ilə çağırışlar və təhdidlər mövzusunu onların aradan qaldırılması üzrə birgə addımlar atmaq məqsədilə müzakirə etməyə hazırdır və bu olmadıqda problemləri “öz gücü” ilə həll etmək niyyətindədir” deyə İ.Kalın bildirib.
O qeyd edib ki, Türkiyə Ordusunun Suriya və İraqla həmsərhəd ərazilərdəki bütün qərar və hərəkətləri BMT Nizamnaməsinin 51-ci maddəsinə (özünümüdafiə hüququ) əsaslanır.

Bizim.Media

Mənbə:
0
55
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar