Çinin Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 33-ə çatıb

Çinin mərkəzi Henan əyalətində daşqınlar nəticəsində ölənlərin sayı 33-ə çatıb, 256 mindən çox insan təhlükəsiz bölgələrə təxliyə olunub.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilib ki, hələ də 3.004 milyon sakin fəlakət zonasında qalmaqdadır. Həmçinin 8 nəfərin itkin düşdüyü bildirilib.

Qeyd edək ki, Çində iyulun 16-da etibarən güclü yağan leysan yağışları çaylarda daşqınlara səbəb olub.
 

0
79
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar