Tovuzda faciə

Tovuzda baş verən qəzada xəsarət alanlardan biri xəstəxanada ölüb.

Minik maşının işıq dirəyinə çırpılması  nəticəsində 1990-cı il təvəllüdlü Şirinov Xəlil Bədrəddin oğlu dünyasını dəyişib.

1998-ci il təvəllüdlü Məmmədov Uğur Ədalət oğlunun vəziyyətinin ağır olduğu bildirilib.

***

22:12

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Yuxarı Öysüzlü kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını idarə etməni itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza zamanı iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
 

#Video
0
960
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar