"Apple" CEO'su şirkətdən 750 milyon dollarlıq səhm paketi alıb

ABŞ-ın Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən yayılan bir sənədə görə, "Apple" CEO'su Tim Kuk, bu həftə şirkətin səhmlərini alıb.

Xeberoxu.Az bu barədə “Bloomberg”ə istinadən xəbər verir.

“Bloomberg News”un hesablamalarına əsasən, satınalma təxminən 750 milyon ABŞ dolları dəyərində olan təxminən 5 milyon səhmdən ibarətdir. Bununla da, Kuk bu il vəzifəyə başlayanda razılaşdığı müqavilə çərçivəsində haqq etdiyi ən böyük payı alıb.

Qeyd edək ki, “Apple”ın səhmlərinin dəyəri T.Kukun 2011 -ci ildə CEO vəzifəsinə gəldikdən sonra 1 200 % artıb.

Mənbə:
0
445
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar