• Şikayət et

Apple Watch Ultra-nın ekran şüşəsi dözümlülük testlərindən keçib (VİDEO)


    Müxtəlif cihazların dözümlüklərini test edərək məşhurlaşan JerryRigEverythng adlı Youtube kanal bu dəfə dözümlülük məsələsində Apple Watch Ultra smart saatını test edib. Qeyd etmək lazımdır ki, Apple Watch Ultra smart saatı titan materialdan hazırlanmış gövdəyə sahibdir və onun ekranı cızıqlara dözümlü olan yaqut şüşə ilə əhatə olunub. İlk növbədə smart saatın ekranını əhatə edən yaqut şüşə test edilib. Bunun üçün Youtube kanalın müəllifi Diamond Selector 2 adlı cihazdan istifadə edib. Sözügedən cihaz dəyərli daşların və yaqutdan hazırlanmış şüşələrin əsl olub-olmadıqlarını yoxlamaq üçün istifadə edilir.


    Əsas testə keçməmişdən öncə nümunə üçün digər bir kiçik test nəticəsində məlum olub ki, iPhone 14 kameralarında istifadə edilən şüşə həqiqətən də yaqutdan hazırlanıb. Lakin Google Pixel 7 Pro smartfonunda bu belə deyil. Beləliklə Apple Watch Ultra üzərində aparılmış test onu göstərib ki, onun ekranı sintetik yaqut şüşə ilə əhatə edilib. Daha sonra yaqut şüşənin dözümlülüyünü yoxlamaq üçün müxtəlif sərtliyə sahib bəzi alətlərdən istifadə edilib. 6 nömrəli alət smart saatın ekranı üzərində böyük olmayan cızıqların yaranmasına səbəb olub.

    7-ci və 8-ci alətlərin istifadəsi halında isə cızıqların ölçüləri böyüyüb. Əsl yaqut şüşəsində cızıqlar 8-ci alətin istifadəsi ilə əmələ gəlməlidirlər. Bu fakt iPhone kameralarını əhatə edən şüşədə özünü göstərir. Burdan da belə qənaətə gəlmək olar ki, Apple Watch Ultra-nın ekranını əhatə edən şüşə təmiz yaqutdan hazırlanmayıb. Smart saatın ekranı üzərində olan şüşə çox güman ki, süni şəkildə sintez edilmiş materialdır və onun özəllikləri əsl yaqut materialının özəlliklərinə yaxınlaşdırılıb.

Mənbə:
0
151
0
0 şərh

Ən çox oxunanlar

  • Bugün
  • Həftə
  • Ay

Son şərhlər

Trenddə olanlar