AZ

Tikintisinə 15 milyon ayrılan stadionda fəhlələrin maaşı verilmir - İşlər dayandı

Gəncə şəhər stadionunda yenidənqurma işlərinin dayandırıldığı və işçilərin maaşlarını almadığı ilə bağlı yayılan xəbərlərə klub rəsmiləri tərəfindən aydınlıq gətirilib.

Sportinfo.az xəbər verir ki, oxu.az açıqlama verən "Kəpəz"in baş məşqçisi Adil Şükürov stadionda təmir-tikinti işlərinin tamamilə dayandırıldığını bildirib.

"Bəli, hazırda stadionda heç bir iş görülmür. İlk günlərdə stadionda işlər sürətli irəliləyirdi, daha sonra üç-dörd nəfərlik heyət qaldı.

İndi isə maaşlar verilmədiyi üçün təmir işləri tamamilə dayanıb. Kluba 15 milyon manatlıq vəsaitin ayrılması xəbəri barədə isə məlumatım yoxdur.

Əgər deyilən bu məbləğ həqiqətən ayrılsa, işçilər təmir işlərini dayandırmazdılar. Bizə də stadionun 2025-2026 mövsümündə təhvil veriləcəyi bildirilib", - deyə Adil Şükürov əlavə edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhər stadionunun təməlini qoyub.

Seçilən
166
9
sportinfo.az

10Mənbələr