AZ

Siyarto: "Sudjada baş verənlər Macarıstanın qaz tədarükünə təsir etmədi"

Macarıstanın enerji təchizatının kəsilmək təhlükəsi yoxdur.

Qaynarinfo "The Moscow Times”a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto çərşənbə günü bildirib.

O əlavə edib ki, Kursk vilayətində Sudja qaz ölçmə stansiyası ərazisində baş verən hadisələr boru kəməri ilə qaz təchizatına mane olmayıb. 

Macarıstanın xarici işlər nazirinin sözlərinə görə, Macarıstan, başda "Türk axını” olmaqla digər qaz boru xətləri vasitəsilə kifayət qədər qaz alır.
"Macarıstanın enerji təchizatı təhlükəsizdir", - Siyarto sosial şəbəkəsə yazıb. 

Nizami Bağırov
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
qaynarinfo.az

1Mənbələr