AZ

Dünyanın ən bahalı rəsm əsəri bir neçə ildir ki, İsveçrənin gömrük anbarında saxlanılır

Müəllifi Leonardo da Vinçi olan dünyanın ən bahalı rəsm əsəri bir neçə ildir ki, İsveçrənin gömrük anbarında saxlanılır.

Ucnoqta.az xəbər verir ki, Bild-in qeyd etdiyi kimi, 2017-ci ildə Christie's hərrac evi tərəfindən rekord qiymətə 450 milyon dollara satılan “Salvator Mundi”nin taleyi bir neçə ildir ki, məlum deyildi.

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın bu tablonu aldığı deyilirdi. Lakin o, bunu heç vaxt rəsmən təsdiqləməyib.

Amerikalı professor və Yaxın Şərq üzrə ekspert Bernard Heykel Səudiyyə Ərəbistanının mədəniyyət nazirindən rəsm əsərinin Cenevrə gömrük anbarında saxlandığını öyrənib. Səudiyyə vəliəhdi isə onun üçün Ər-Riyadda muzey tikmək istəyir. Amma hələ ki, gömrük, daha dəqiq desək, gömrük nəzarətində olan şəxsi anbarlar bunun üçün ən yaxşı yerdir, çünki orada ideal temperatur və rütubət saxlanılır, binaların özləri də etibarlı şəkildə mühafizə olunur.

Cenevrədəki gömrük anbarında ümumilikdə bir milyondan çox sənət əsəri saxlanılır.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
102
4
ucnoqta.az

6Mənbələr